Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Soydaşlarımız öz ata-baba yurdlarında xoşbəxt və firavan həyatlarını yaşayacaqlar

0

  • ​ Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Cənab Prezidentin Zəngilana səfəri Azərbaycan tarixinin ən mühüm və önəmli günlərindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünə təsadüf edir. 28 May tarixi haqqında danışan İlham Əliyev 104 il bundan əvvəl qurulmuş Xalq Cümhuriyyətini yüksək qiymətləndirmişdir. Dövlət başçısı eyni zamanda qeyd etmişdir ki, biz fəxr edirik ki, bizdən əvvəlki nəsillər böyük Məmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan xalqının iradəsilə Azərbaycan ərazisində bütün müsəlman, türk dünyasında ilk dünyəvi, demokratik bir Cümhuriyyət qurmağa nail olublar. Bu gün, doğrudan da, tariximizin ən yaddaqalan günüdür. Bu əlamətdar gün təkcə Şimali Azərbaycanda yaşayan 10 milyonluq Azərbaycan xalqının deyil, bütün dünyada yaşayan 50 milyonluq azərbaycanlıların, türk dünyasının bayramıdır. Ancaq bu müstəqillik cəmi iki il çəkdi. Erməni millətçiləri Xalq Cümhuriyyətinə qarşı aqressiyaya başlamış və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır. Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra da Ermənistan yenidən ölkəmizə qarşı işğalçılıq siyasəti yetirmiş, Xocalı faciəsini törətmişlər. 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbilə hakimiyyətə gəldikdən sonra Azərbaycanın müstəqilliyi daha da möhkəmlənmişdir. Sözün əsl mənasında xalq öz azadlığına qovuşmuş, müstəqilliyimizin möhkəmlənməsi uğrunda böyük işlər görülmüşdür. Bu gün də Ulu öndərin siyasi kursunu davam etdirərək ölkəmizin siyasi müstəqilliyi qorunur. Azərbaycan xalqı müzəffər bir xalq kimi yaşayır. 44 günlük müharibə ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. Dövlət başçımız onu da vurğuladı ki, əgər Ermənistan bizimlə dinc və qonşuluq şəraitində yaşamaq istəyirsə qarşısına qoyulmuş şərtlərə əməl etməli və işğalçılıq siyasətindən əl çəkməli idi.​​ ​ Bununla yanaşı, Cənab Prezident Zəngilan rayonunda aparılan quruculuq və bərpa işlərindən də danışdı. Dövlət başçımız və birinci xanım əvvəlcə "Ağalı kənd" meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını ​ təcəssüm etdirən "Göyərçin" abidə fəvvarə kompleksi yaradılıb. Prezident və xanımı fəvvarəni işə salıblar. Sonra isə kənd ağıllı idarəetmə mərkəzi, "Kapital" bankın Zəngilan filialı, kənd təsərrüfatı ​ təyinatlı lobaratoriyalarla və digər ictimai iaşə obyektləri ilə tanış olublar, kənd evlərinə baxıblar. O cümlədən, tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası və kənd orta məktəbi ilə də tanış olmuşlar. Bütün bunlar göstərir ki, Qarabağda aparılan bütün quruculuq və bərpa işləri Cənab Prezidentin nəzarəti altında həyata keçirilir. Bu, bizim üçün sevindirici haldır. İnanırıq ki, dövlət başçımızın Qarabağın digər bölgələrinə - Xocalıya, Xankəndinə, Ağdərəyə, eyni zamanda Kəlbəcər və Laçın rayonlarına da belə səfərləri reallaşacaq. Həmin ərazilər də müasir standartlara uyğun şəkildə tikilərək məcburi köçkünlərimizin ixtiyarına veriləcək. Soydaşlarımız öz ata-baba yurdlarında otuz il bundan əvvəl olduğu kimi xoşbəxt və firavan həyatlarını yaşayacaqlar. Bir təhsil işçisi olaraq Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyir, ona bu yolda uğurlar arzulayırıq.Fərhad Gülməmmədov,Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib56 dəfə
    Soydaşlarımız öz ata baba yurdlarında xoşbəxt firavan həyatlarını yaşayacaqlar

    Maraqlı gələ bilər
    6